Modern.az

Yasda 15 nəfər zəhərləndi - Göyçayda

Yasda 15 nəfər zəhərləndi - Göyçayda

14 İyul 2022, 21:57

Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

 

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

 

Həmin şəxslər ishal və qusma əlamətləri ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür. Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

 

Zəhərlənmə hadisəsinin dəqiq səbəbi hələlik bilinmir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı