Modern.az

Gəncədə qonşuların davası ölümlə BİTDİ

Gəncədə qonşuların davası ölümlə BİTDİ

15 İyul 2022, 09:15

Gəncədə qonşular arasında kütləvi dava baş verib.

 

Modern.az xəbər verir ki, mübahisə zamanı tərəflərdən biri - Orxan Nağıyev "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

 

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

 

Hadisəni törətməkdə şübhəli bilinən O.Nağıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı