Modern.az

Dünyada neft yenidən bahalaşdı

Dünyada neft yenidən bahalaşdı

15 İyul 2022, 09:28

Dünya bazarlarında neft qiymətləri yenidən yüksəlib.

 

Modern.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,97% artaraq 1 barelə görə 100,06 dollar təşkil edib.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,63% artaraq 96,38 dollar olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama