Modern.az

Belarus bu təşkilata rəsmi müraciət etdi

Belarus bu təşkilata rəsmi müraciət etdi

Dünya

15 İyul 2022, 10:14

Belarus Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün rəsmi müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibi Zhang Ming bildirib.

 

“Bu yaxınlarda Belarus rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib. Yaxın vaxtlarda rəsmi üzvlük prosedurlarına başlanılacaq”, - deyə Z.Ming deyib.

 

Qeyd edək ki,  Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ilin iyununda Şanxayda yaradılıb. Hazırda onun üzvləri Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi