“Deputatların davamiyyəti heç də pis deyil”. Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov deyib. S. Novruzov bildirib ki, mütəmadi olaraq da bununla bağlı monitorinq keçirilir.
“Üzrsüz səbəbdən iclası buraxdığı üçün müəyyən deputatlara xəbərdarlıq olunur. Deputat da var ki, üzrlü səbəbdən iştirak edə bilmir. Bu il iclaslar başlayandan parlamentdə etik normaları pozmuş deputat olmayıb. Hansısa bir intizamsızlıq olanda, deputatlar yığılır və orada cəza növü müəyyənləşdirilir ki, xəbərdarlıq edilsin, əmək haqqı kəsilsin və s. Bizim deputatlarımız çox intizamlıdır və ona görə də indiyə kimi hər hansı bir kobud intizamsızlığa rast gəlməmişik”, – deyə S. Novruzov vurğulayıb.
Anar Kəlbiyev