Modern.az xəbər verir ki, ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Sonuncu oyun günü “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib. Doğma meydanda rəqibinə 1:3 hesabı ilə məğlub olan “Arsenal” ən azından bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Qonaq komanda 2:0 hesabı ilə qalib gəlib buna nail olsa da, səfər meydanında vurulan qolların sayına görə, 1/4 finala çıxan komanda "Bavariya" olub.
Digər oyunda “Malaqa” “Portu”nu qəbul edib. İlk oyunda 0:1 hesabı ilə məğlub olan meydan sahibləri bu oyunda 2:0 heasabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Beləliklə, Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxan bütün komandaların adı məlum olub: “Real”, “Borussiya”, “Yuventus”, PSJ , "Barselona”, "Qalatasaray", "Bavariya" və "Malaqa" qarşıdakı mərhələdə mübarizə aparacaq.
Tezliklə keçiriləcək püşkatma1/4 final mərhələsində kimin kimlə qarşılaşacağına aydınlıq gətirəcək.
Modern.az