Modern.az

Gürcüstan ordusu “Javelin”lərlə təlim keçirdi

Gürcüstan ordusu “Javelin”lərlə təlim keçirdi

Dünya

15 İyul 2022, 18:16

Gürcüstan ordusu ABŞ-dan alınan “Javelin” tank əleyhinə raketlərindən istifadə ilə bağlı hərbi təlim keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlimin keçirilməsində məqsəd silahlı qüvvələr arasında təcrübə mübadiləsi və döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

 

Vaziani atıcılıq poliqonunda keçirilən nümunəvi təlimdə Böyük Britaniyanın Xüsusi Əməliyyat Qüvvələrinin nümayəndələri ilə birlikdə Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyat Qüvvələrinin və Reyncer Batalyonunun hərbçiləri iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi