Modern.az

Diaspor fəalı tarixi artefaktı Azərbaycana qaytarıb

Diaspor fəalı tarixi artefaktı Azərbaycana qaytarıb

16 İyul 2022, 13:06

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, diasporumuzun fəal üzvlərindən biri Yeganə Salman Milli Azərbaycan Tarixi Muzeyində olub.

 

Modern.az xəbər verir ki, muzeyin icraçı direktoru Fərhad Cabbarovla görüşən Yeganə Salman ötçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaşımız tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə edib.

 

Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. II minilliyin sonu-I minilliyin əvvələri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov Azərbaycanın qədim tarixinin bir parçası olan eksponatın Vətənə qaytardığına görə Yeganə xanıma öz təşəkkürünü bildirib və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu