Modern.az

Azərbaycanın «Eurovision» təmsilçisi bu gün 10 nəfərin arasından seçiləcək - SİYAHI

Azərbaycanın «Eurovision» təmsilçisi bu gün 10 nəfərin arasından seçiləcək - SİYAHI

14 Mart 2013, 12:24



Bu gün Azərbaycanı «Eurovision 2013» mahnı müsabiqəsində təmsil edəcək şəxsin adı açıqlanacaq. Modern.az xəbər verir ki, İsveçin Malmö şəhərinin ev sahibliyi edəcəyi yarışmada ölkə təmsilçisi olmaq uğrunda 10 nəfər mübarizə aparır. Bu gün keçiriləcək milli final şousunda yarışacaq ifaçılar bunlardır:

- Vüqar Muradov
- Rəvanə Əliyeva
- Fərəh Hadıyeva
- Leyla Əliyeva
- Leyla Qafari
- Fərid Məmmədov
- Nigar Hüseynova
- Vlada Axundova
- Valeriya Hüseynzadə
- Aysel Babayeva

«Eurovision» milli seçim turuna 130 nəfərə yaxın iddiaçı müraciət etmişdi. Onların ilkin kastinqindən sonra 80 nəfərə yaxını milli seçim turunun mərhələlərinə buraxıldı. Onlar ayrı-ayrı həftələr üzrə, müxtəlif qruplarda öz bacarıqlarını nümayiş etdirdilər.

Milli final konsertinin «Eurovision» mahnı müsabiqəsinin qaydalarına uyğun həyata keçiriləcəyi bildirilir. Belə ki, 10 finalçının hər biri yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa edəcək. Mahnılar ilk dəfə final konsertində səsləndiriləcək. Səsləndirilən ifanın ölkə təmsilçisinin müsabiqə mahnısına çevrilib-çevrilməyəcəyinə sonra qərar veriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza