Modern.az

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

Tofiq Yaqublunun məhkəməsi təxirə salındı

14 Mart 2013, 12:34

Müsavat başqanının müavini Tofiq Yaqublunun bu günə təyin edilən məhkəmə prosesi təxirə salınıb. Modern.az-a partiyanın mətbuat xidmətindən bildirilib ki, martın 14-ü, saat 11:30-da Nəsimi Rayon Məhkəməsində keçirilməsi nəzərdə tutulan məkhəmə prosesi mart ayının 18-i saat 12-yə təyin edilib.Məhkəmədə T.Yaqublunun barəsində seçilən həbs-qətimkan tədbirinin uzadılması işinə baxılacaq.

Qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs edilib. O məhkəmənin qərarı ilə ik ay azadlıqdan məhrum edilib.

A.RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza