Modern.az

Bayden Ciddə sammitində üç ölkəni hədəf aldı

Bayden Ciddə sammitində üç ölkəni hədəf aldı

Dünya

16 İyul 2022, 20:54

ABŞ Yaxın Şərq bölgəsində fəal tərəfdaş olmağa davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

 

"Biz heç vaxt buranı tərk etməyəcəyik. Bölgədə Çin, Rusiya və ya İranın dolduracağı boşluq buraxmayacağıq", - deyə Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində 9 ərəb ölkəsinin liderlərinin iştirakı ilə keçirilən “Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti”ndə çıxışı zamanı bildirib.

 

Bayden İran, Çin və Rusiyanın dünyada və Yaxın Şərqdə nizamı pozmağa yönəlmiş səylərindən danışıb.

 

"Çin dünyada, xüsusilə Hind-Sakit okean regionunda təzyiqlərini artırıb, Rusiya qonşusu Ukraynaya qarşı amansız və ədalətsiz müharibəni, İran isə Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini davam etdirir”, - deyə o qeyd edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi