Modern.az

Azərbaycanlı tələbələr Rəsulzədəyə görə Saakaşviliyə müraciət etdilər

Azərbaycanlı tələbələr Rəsulzədəyə görə Saakaşviliyə müraciət etdilər

14 Mart 2013, 13:15
Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Jurnalistika və Media Menecment fakültəsində magistr təhsili alan bir qrup Azərbaycanlı tələbə Azərbaycan Demokratik Respublikasının qurucusu Məmməd Əmin Rəsulzadənin Tiflis şəhərində abidəsinin ucaldılması məqsədilə Gürcüstanın prezidentinə, baş nazirinə, aidiyyəti qurumlara, eyni zamanda bu ölkədəki Azərbaycanlı ictimai-siyasi fəallara müraciət hazırlayıb. Bu barədə Moderna.az-a GİPA-da təhsil alan Cəsur Məmmədov məlumat verib.

Müraciətdə Tiflis şəhərində M.Ə.Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə qoyulması arzusu əksini tapıb. Müraciət müəllifləri qarşıdakı dövrdə Tiflis şəhərində ADR-in qurucusunun abidəsinin ucalacağına ümid etdiklərini bildiriblər.   Müraciət gələn həftə nəzərdə tutulan ünvanlara göndəriləcək.

Müraciətə GİPA-da təhsil alan tələbələr - Vüsalə Əhmədova, Tural İbadov, Aygül Abdulkərimova, Vüsal Əzizov, Vüsalə Həsrətli, Asim Cəlilov və Cəsur Məmmədov imza atıblar.  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza