Modern.az

Gürcüstan hərbi təlimlərə başladı

Gürcüstan hərbi təlimlərə başladı

Aktual

17 İyul 2022, 09:30

Gürcüstanda birgə mübadilə təlimləri çərçivəsində Tbilisi yaxınlığında Vaziani hərbi bazasının poliqonunda atıcılıq təlimləri baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə qonşu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, üç həftə davam edən təlimlərdə Gürcüstan Müdafiə Qüvvələrinin xüsusi əməliyyat qrupu, "Reynces" batalyonunun hərbiçiləri və Böyük Britaniyanın xüsusi əməliyyat qüvvələri birlikdə iştirak ediblər.

 

Təlimlərin ssenarisinə əsasən, qruplar öncədən müəyyən edilmiş ərazidə şərti düşmənin zirehli texnikasını aşkarlayıblar və onu ABŞ istehsalı olan “Javelin” raket qurğuları sisteminin köməyi ilə məhv ediblər.

 

Təlimlərdə Gürcüstan Müdafiə Qüvvələrinin komandan müavini, briqada generalı İrakli Çiçinadze, Xüsusi Əməliyyat Qüvvələrinin komandanı, polkovnik Teymuraz Klateişvili və Böyük Britaniyanın altıncı diviziyasının komandiri, general-mayor Cerald Strik iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi