Modern.az-ın verdiyi xəbərə görə, 2013-cü ilin yanvar-fevral aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 439, 6 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 15 mln. manat və ya 3, 5 faiz, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 34, 4 mln. manat və ya 8,5 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 14,9 mln. manat və ya 7,8 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 16,1 faiz və ya 28,5 mln. manat artaraq 205 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63, 4 faizi və ya 130, 1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 21, 9 mln. manat və ya 20, 3 faiz, əvvəlki ilə nisbətən isə 19, 1 faiz və ya 20, 9 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 49, 5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə demək olar ki, 2 dəfə artıb.