Modern.az

Hava dumanlı olacaq - PROQNOZ

Hava dumanlı olacaq - PROQNOZ

14 Mart 2013, 13:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə  sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara əsasən sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, martın 16-da və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza