“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıqla əlaqədar su təchizatı obyektlərində yenidənqurma, təmir və profilaktika işlərinə başlanılıb.
“Azərsu”dan verilən məlumata görə, Maştağa su anbarının nasosxanalarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar Ceyranbatan-Maştağa magistral su kəmərləri ilə içməli suyun nəqli müvəqqəti dayandırılacaq. Bununla əlaqədar martın 15-də saat 08:00-dan etibarən 24 saat müddətində Bakının Suraxanı, Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.