Modern.az

Dənizdə boğulan ana və övladının cəsədi tapıldı - YENİLƏNİB

Dənizdə boğulan ana və övladının cəsədi tapıldı - YENİLƏNİB

17 İyul 2022, 23:12

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. N.Kərimovun meyiti sahildə aşkar olunub.

 

***

20:03

Sumqayıtda ana və övladı dənizdə boğulub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

 

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

 

Onların meyitləri sudan çıxarılıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı