ABŞ Dövlət Departamenti 3 ölkəyə ümumi dəyəri 1.5 milyard dollar olan silahların satılmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilir ki, Estoniyaya HIMARS raket sistemləri, Cənubi Koreya və Norveçə raket və torpedalar satılacaq.
Estoniya üçün təsdiqlənmiş paketə altıya qədər HIMARS raket sistemi, döyüş sursatı, dəstək avadanlığı, ehtiyat hissələri və texniki dəstək daxildir.
Norveçə 950 milyon dollarlıq orta mənzilli hava raketləri, həmçinin Cənubi Koreyaya 130 milyon dollarlıq MK 54 yüngül torpedaları göndəriləcək.
Müqavilələr Konqres tərəfindən imzalanmalıdır.
Akif İsmayılov