Rusiya Liberal Demokrat Partiyası Dövlət Dumasına elektron siqaretlərin qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.
Modern.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Layihədə elektron siqaretlərin sağlamlığa zərərli təsirlərinə görə qadağan edilməsi təklif edilir.
Qanun layihəsinə səbəb Rusiya Federasiyasına həddindən artıq miqdarda saxta məhsulların idxalı olub, bu siqaretlərin tərkibində nikotinin normadan xeyli yüksək olduğu bildirilir.
Akif İsmayılov