Modern.az

Fəzail Ağamalı: “Sahibkarlarla bağlı qanunun müzakirəsi qızğın müzakirələrlə keçdi”

Fəzail Ağamalı: “Sahibkarlarla bağlı qanunun müzakirəsi qızğın müzakirələrlə keçdi”

14 Mart 2013, 14:49

Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasının yekun qərarı haqqında deputat Fazail Ağamalı Modern.az-a danışıb.

“İclasda çox geniş müzakirələr aparıldı. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. İştirak edən deputatların hamısı qanun layihəsinə öz münasibətlərini bildirdilər. Heç şübhəsiz ki, belə bir qanunun qəbul edilməsinin konseptual baxımdan zəruriliyi hər bir millər vəkili tərəfindən önə çəkildi. Bunun vacibliyi qeyd olundu. Lakin bununla bərabər iradlar da söylənildi. Həmin iradlarda qanun təkmilləşməsinə xidmət edən yoxlamaların aparılmasının sahibkarlara yardım xarakterini daşımasının əhəmiyyəti və vacibliyi üzərində dayanıldı. Belə bir fikir söylənildi ki, bu yoxlamaların adı da dəyişilməlidir. Çünki yoxlama hüquqi bir anlayışdır. Yoxlamaların mahiyyəti sahibkarlara kömək etməkdir. Bu isə əməkdaşlıq anlayışını verir. Yoxlamalara ictimai nəzarət sisteminin yaradılması məsələsi də qoyuldu. Və sahibkarlara yersiz yoxlamaları qadağan edən, onlara imkan verməyən müddəalar məsələsi müzakirə edildi. Çıxışçılar qanun layihəsinin sahibkarlığın inkişafına ciddi kömək edəcəyini önə çəkərək komitələrin birinci yığıncağında birinci oxunuşu üçün qəbul etdilər”, – deyə deputat bildirib.

 

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza