Modern.az

Ter-Petrosyanın evində bomba tapılmadı - YENİLƏNİB 

Ter-Petrosyanın evində bomba tapılmadı - YENİLƏNİB 

Dünya

17 İyul 2022, 23:38

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın evinə bomba qoyulması xəbəri təsdiqini tapmayıb.

 

Modern.az xəbər verir ki, axtarış zamanı ətrafda heç bir təhlükəli predmet aşkar edilməyib.

 

***

23:29

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın İrəvanda yerləşən evinə bomba qoyulması ilə barədə xəbər yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə keçmiş prezidentin mətbuat katibi Aram Musinyan məlumat verib.

 

Hazırda Ter-Petrosyanın evinə polis, kino operatorları və xilasedicilər gəlib.

 

Polis əməkdaşları, eləcə də Ermənistan Polisinin Patrul Xidmətinin İrəvan alayının əməkdaşları sabiq prezidentin evinə daxil olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi