Modern.az

İsrailə PUA ilə hücum edildi 

İsrailə PUA ilə hücum edildi 

18 İyul 2022, 21:00

İsrail ordusu Livandan buraxılan pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

PUA-nın İranın dəstəklədiyi Hizbullah qruplaşması tərəfindən göndərildiyi qeyd olunur.

 

Hərbçilər bildiriblər ki, PUA bütün uçuşu boyunca İsrail tərəfindən izlənilib.

 

"İsrail Müdafiə Qüvvələri İsrailin suverenliyini pozmaq cəhdinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək", - deyə açıqlamada bildirilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi