Modern.az

Avtobus polis maşınını vurdu

Avtobus polis maşınını vurdu

Hadisə

18 İyul 2022, 22:07

Bakıda marşrut avtobusu ilə yol polisi avtomobili toqquşub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində baş verib.

 

60 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı avtobusla DYP-yə məxsus "BMW" markalı xidməti avtomobil toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə, xüsusilə yol polisinin xidməti maşınına ciddi ziyan dəyib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım