Gürcüstanın müdafiə naziri Cuanşer Burculadze Tbilisidə Türkiyə səfiri Ali Kaan Orbayı qəbul edib.
Modern.as xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat yayıb.
Bildirilir ki, nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də NATO-ya inteqrasiyasına verdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.
NATO-nun Madrid Zirvə toplantısında tərəfdaşların ehtiyaclarına uyğun siyasi və praktiki dəstəyin vacibliyini vurğulayan nazir, Türkiyənin bu prosesdəki rolunu yüksək qiymətləndirib.
Tərəflər regional təhlükəsizlik məsələlərini və müdafiə sahəsində ikitərəfli əməkdaşlığı nəzərdən keçirib, strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.