Modern.az

"EuroHome"da mağaza sahibini öldürən qardaşlar tutuldu - RƏSMİ

Hadisə

19 İyul 2022, 09:52

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetririlərək  öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

 

Rəsmi məlumata görə, ahzırda faktla bağlı istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı