Modern.az

Ukraynanın işdən çıxarılan baş prokuroru səfir təyin olunacaq 

Ukraynanın işdən çıxarılan baş prokuroru səfir təyin olunacaq 

Dünya

19 İyul 2022, 20:46

İyulun 17-də vəzifəsindən uzaqlaşdırılan Ukraynanın keçmiş baş prokuroru İrina Venediktova diplomatik vəzifəyə təyin oluna bilər.

 

Modern.az xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasının rəsmisi David Araxamia deyib.

 

Avropa Həmrəyliyi fraksiyasından olan xalq deputatı Aleksey Qonçarenko bildirib ki, xanım Venediktova Ukraynanın İsveçrədəki səfiri ola bilər.

 

"Biz gözləyirik ki, bir neçə gündən, bəlkə də bir həftədən sonra o, diplomatik cəbhədə yeni təyinat alacaq”, - deyə Araxamiya Ukrayna telemarafonunun efirində bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş prokurorunu və təhlükəsizlik xidməti rəisini vəzifədən azad edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi