Modern.az

Spiker Türkiyəyə gedir

Spiker Türkiyəyə gedir

19 İyul 2022, 22:30

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətimiz Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

 

Nümayəndə heyətinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, deputatlardan Elnur Allahverdiyev, Anar Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

 

Milli Məclisin sədri iyulun 21-də burada keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünə qatılacaq, tədbirdə müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

 

Səfər çərçivəsində keçiriləcək ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf perspektivləri, çoxtərəfli formatda əməkdaşlığın daha da dərinləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Səfər iyulun 22-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI