Modern.az

"Onlar verdikləri vədi yerinə yetirməsələr..." - Ərdoğan sərt danışdı

Dünya

20 İyul 2022, 16:26

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Burada gizli bir şey yoxdur”.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.

 

Ərdoğan həmçinin şərtlərini də açıqlayıb:

 

“Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi