Modern.az

Ukraynaya daha 4 HİMARS sistemi göndəriləcək

Ukraynaya daha 4 HİMARS sistemi göndəriləcək

Dünya

20 İyul 2022, 18:18

ABŞ Ukraynaya daha 4 ədəd HIMARS raket sistemləri göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Oustin mütəffiqləri ilə virtual görüş zamanı məlumat verib.

 

"Biz Ukrayna silahlı qüvvələrinin cəsur kişi və qadınlarına uzunmüddətli dəstək vermək üçün yeni yollar tapmağa davam edəcəyik", - deyə o bildirib.

 

HIMARS raket sistemləri daha uzun məsafədəki hədəfləri məhv edə bilir və Ukraynanın arsenalında olan Sovet dövründən qalma artilleriyadan daha dəqiqdir.

 

Son paket ABŞ-ın Ukraynaya verdiyi HIMARS-ların ümumi sayını 16-ya çatdıracaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi