"Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır. Hələlik Ermənistandan konkret addım görməmişik”.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Artıq Ermənistan rəhbərliyinin sülh üçün müsbət addımları atması lazımdır. Sadəcə çıxışlarla bəs etmir”, - XİN başçısı bildirib.