Modern.az

Bakıda avtobus yandı

Bakıda avtobus yandı

Hadisə

21 İyul 2022, 13:40

21 iyul 2022-ci il saat 12:00 radələrində Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

 

Bu barədə Bakı Nqəliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama