Modern.az

Palata 12 nəzarət tədbiri keçirib - Nöqsanlar aşkarlanıb

Palata 12 nəzarət tədbiri keçirib - Nöqsanlar aşkarlanıb

İqtisadiyyat

21 İyul 2022, 14:00

Hesabat dövründə 12 nəzarət tədbirinin, o cümlədən 9 auditin (8-i uyğunluq və 1-i maliyyə auditi olmaqla) və 3 monitorinqin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.

 

Bildirilib ki, auditlər üzrə nəticələrin formalaşdırılması məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar) müəyyən edilmiş audit meyarları ilə müqayisə olunub.

 

Keçirilmiş auditlər zamanı aşkarlanmış nöqsanlar (təhriflər) və onların yayılma dərəcəsindən asılı olaraq, verilmiş rəylər müxtəlif istiqamətləri əhatə edib.

 

Maliyyə auditi üzrə 1 müsbət rəy verilib, uyğunluq auditləri üzrə 4 halda kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olduğu müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi