Modern.az

Macarıstan Rusiyadan əlavə qaz almaq istəyir

Macarıstan Rusiyadan əlavə qaz almaq istəyir

Dünya

21 İyul 2022, 21:40

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyerto bu gün Rusiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, o, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

 

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışan Siyerto Macarıstanın enerji təchizatı təhlükəsizliyi və Ukraynadakı müharibəni müzakirə etmək üçün Moskvaya gəldiyini bildirib.

 

"Macarıstan hökuməti əlavə 700 milyon kubmetr təbii qaz almağa qərar verib", - deyə o qeyd edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi