Modern.az

Şuşada beynəlxalq media forumu keçiriləcək

Şuşada beynəlxalq media forumu keçiriləcək

22 İyul 2022, 08:52

Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

 

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

 

Tədbir iştirakçılarını aparan təyyarə bir neçə dəqiqə əvvəl Füzuli Beynəlxalq Hava Limanına enib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu