İstanbulda Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Modern.az xəbər verir ki, sazişi Türkiyədən milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar.
BMT Baş katib Antoniu Quterreş də sazişi imzalayıb. Razılaşmanı əvvəlcə Türkiyə, Rusiya və BMT, daha sonra Türkiyə, Ukrayna və BMT rəsmiləri təsdiqləyib.
Müqavilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanıb.
Saziş əsasında Ukrayna taxılı Qara dənizdən təhlükəsiz ixrac oluna biləcək.
Akif İsmayılov