Modern.az

ABŞ Ukraynaya 580 PUA göndərəcək

ABŞ Ukraynaya 580 PUA göndərəcək

Dünya

22 İyul 2022, 22:15

ABŞ Prezidenti Co Bayden Ukrayna üçün yeni hərbi yardım paketini imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Paketin ümumi dəyəri 175 milyon dollardır. Yeni hərbi yardım paketinə 580 ədəd “Phoenix Ghost” pilotsuz uçuş aparatları da daxildir.

 

ABŞ, həmçinin yeni paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS raket buraxılış qurğusu, 36 min mərmi və tank əleyhinə silahlar göndərəcək.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi