Modern.az

Bakıda evdə partlayış oldu - Yaralı var

Bakıda evdə partlayış oldu - Yaralı var

Hadisə

22 İyul 2022, 23:46

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.

 

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

 

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

 

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama