Fransa prezidenti Emmanuel Makron Parisdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Makron və Sisi Ukraynadakı müharibəni və iqtisadiyyat, enerji və qlobal ərzaq təhlükəsizliyi sahələrində bu müharibənin nəticələrinin aradan qaldırılması yollarını müzakirə ediblər.
Bəyanatda iki liderin Yaxın Şərqdəki vəziyyəti, İranın nüvə proqramı və terrorla mübarizəni müzakirə etdikləri, Liviyanın birliyi və müstəqilliyinə dəstək vurğulandığı bildirilib.
Bəyanatda qeyd olunub ki, Misir və Fransa prezidentləri müzakirə olunan bütün məsələlər, o cümlədən iqlim problemi üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Akif İsmayılov