Modern.az

2 amerikalının Ukraynada ölməsi təsdiqlənib

2 amerikalının Ukraynada ölməsi təsdiqlənib

Dünya

23 İyul 2022, 10:05

Dövlət departamenti bu yaxınlarda Ukraynada iki Amerika vətəndaşının həlak olduğunu təsdiqləyib.


Modern.az xəbər verir ki, ABC telekanalının ABŞ xarici siyasət idarəsinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, amerikalıların ölüm faktı Ukraynanın Donbas regionunda qeydə alınıb.

 

Dövlət departamentinin nümayəndəsi bildirib ki, hakimiyyət orqanları həmin şəxslərin ailələri ilə təmasdadır və onlara mümkün olan bütün dəstək göstərilir.


Telekanal həlak olanların adlarını açıqlamır və güman edir ki, onlar Ukrayna tərəfindən hərbi əməliyyatlarda iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi