Modern.az

Yaxın günlərdə Ukrayna taxılının ixracı başlayacaq 

Yaxın günlərdə Ukrayna taxılının ixracı başlayacaq 

Dünya

23 İyul 2022, 20:56

Ukrayna taxılı yaxın günlərdə dəniz yolu ilə ixrac olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O, yaxın günlərdə başlayacaq Ukrayna taxılının dəniz yolu ilə daşınması sayəsində Türkiyənin qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcəyini bildirib.

 

Dünən İstanbulda müqavilə imzalanıb və ona əsasən, Ukraynanın anbarlarında saxlanılan taxıl Qara dəniz vasitəsilə ixrac olunacaq. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreş iştirak edib.

 

Ərdoğan müxtəlif istiqamətlərdə, o cümlədən liderlər səviyyəsində aparılan danışıqların nəticələrindən sonra ən qısa zamanda müsbət xəbərlərin olacağına ümid etdiyini bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU