İranın cənubundakı Fars əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Ən azı 1 nəfərin itkin düşdüyü bildirilir.
Yerli rəsmilər 15 avtomobilin su altında qaldığı seldə 55 nəfərin xilas edildiyini bildirib.
Fars əyalətinin qubernatoru bazar gününü matəm elan edib.
Akif İsmayılov