Modern.az

Avropa Nigeriyadan qaz idxalını ikiqat artırmaq istəyir

Avropa Nigeriyadan qaz idxalını ikiqat artırmaq istəyir

24 İyul 2022, 00:26

Avropa İttifaqı Rusiyadan idxalın potensial azalması fonunda Nigeriyadan qaz tədarükünün artırılması imkanını nəzərdən keçirir.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki , bu barədə Avropa Komissiyasının Enerji Departamentinin baş direktorunun müavini Metyu Boldvin məlumat verib.

 

O, Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyanın rəsmiləri ilə görüşlər keçirib

 

Boldvin bildirib ki, Aİ ümumi mayeləşdirilmiş təbii qazın 14%-ni Nigeriyadan idxal edir, lakin idxalı ikiqatdan artıq etmək imkanı var.

 

Ötən il Nigeriya Aİ-yə 23 milyard kubmetr qaz ixrac edib, lakin əvvəllər bu rəqəmlər daha yüksək olub. Belə ki, 2018-ci ildə Avropa İttifaqı Nigeriyadan 36 milyard kubmetr LNG alıb.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi