Modern.az

Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar üçün müsabiqə elan edib

Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar üçün müsabiqə elan edib

Təhsil

15 Mart 2013, 18:43

Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar arasında “Azərbaycan əcnəbilərin gözü ilə” foto müsabiqəsi elan edib.
Modern.az-ın məlumatına görə, müsabiqə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilir. Fotolarda Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, gündəlik həyatı, idmanı və s. mövzular əhatə oluna bilər.

Müsabiqəyə təqdim olunan fotolar 20 mart 2013-cü il tarixindən 30 aprel     2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinin elektron poçt ünvanına ([email protected], [email protected]) və ya DVD, flash card və ya hard disklərdə Heydər Əliyev Mərkəzinə  (Bakı şəhəri,    Heydər Əliyev prospekti) göndərilməlidir.

Müsabiqədə peşəkar və həvəskar fotoqraflar iştirak edə bilər.

Fotoların əsli maksimal ölçüdə təqdim edilməli, hər bir faylda müəllifin adı və soyadı göstərilməlidir. Müsabiqəyə göndərilən fotolara ilkin korreksiya istisna olmaqla kənar modifikasiya edilməməlidir.

Fotolarla yanaşı müəllifin pasport üzrə adı, soyadı, yaşadığı ölkə və şəhər, əlaqə telefonları,elektron poçt ünvanı,  eləcə də müsabiqəyə verilən fotolar  barədə  informasiyanı (çəkiliş tarixi, çəkiliş yeri və s.) əhatə edən məlumat elektron formada göndərilməlidir.

Müsabiqədə işirak edən fotolar geri qaytarılmır.

Qaliblərə mükafatlar təqdim ediləcək.

Mükafatlar:

1-ci yerin qalibi üçün
1  ədəd peşəkar fotokamera və  1 ədəd planşet kompüter

2-ci yerin qalibi üçün
1 ədəd fotokamera və 1 ədəd planşet kompüter

3-cü yerin qalibi üçün
1  ədəd noutbuk

Müsabiqədə fərqlənən daha 10 əsərin müəllifinə həvəsləndirici mükafat–mini planşet kompüter təqdim olunacaq.

Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza