Moldovanın paytaxtı Kişineu şəhərində həftəsonu Azərbaycan dili məktəbi açılıb.
Modern.az xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin (MAK) dəstəyi və təşkilatçılığı ilə açılan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Moldovada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin dili, tarixi və ədəbiyyatı barədə xüsusi dərslərin keçirilməsidir.
Xüsusilə, Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği olduqca önəmlidir.
“Moldovada həftəsonu Azərbaycan dili məktəbinin açılmasında Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz bizə böyük dəstək olur”, - deyə Elçin Bayramov əlavə edib.
Həftəsonu Azərbaycan dili məktəbi üçün Kişineuda Pedaqoji Dövlət Universitetinin nəzdində geniş auditoriya götürülüb. İndiyədək Azərbaycan dili bazar məktəbi üçün 24 uşaq müraciət edib. Həmin auditoriyada həm də Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulub.