Modern.az

İranda raket mühəndisi öldürüldü

İranda raket mühəndisi öldürüldü

24 İyul 2022, 22:39

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Jerusalem Post" nəşri iranlı dissidentlərə istinadən məlumat yayıb.

 

Onun bir neçə gün əvvəl öldürüldüyü, ölümünün dəfn mərasimindən sonra məlum olduğu bildirilir.

 

Nəşr qeyd edir ki, Mutlakın ailəsinə onun öldüyü barədə məlumat verilməməsi ilə bağlı xəbərdarlıq edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi