Modern.az

Boris Conson yenidən baş nazir olmağı düşünür 

Boris Conson yenidən baş nazir olmağı düşünür 

24 İyul 2022, 23:16

İyulun 7-də istefa vermək niyyətində olduğunu bildirən Böyük Britaniyanın baş naziri vəzifəsini icra edən Boris Conson gələcəkdə bu vəzifəyə qayıtmağı planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə “The Sunday Times" nəşri baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin mənbələri qeyd edir ki, Conson işi yarımçıq qalmış adam kimi baş nazir postunu tərk edir. 

 

Məlumata görə, Mühafizəkarlar Partiyasının 7600-dən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və keçmiş xarici işlər naziri Liz Truss ilə birlikdə səsvermədə iştirak etmək üçün onun adının namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi