Modern.az

Bayden koronavirusun bu variantına yoluxub 

Bayden koronavirusun bu variantına yoluxub 

24 İyul 2022, 23:51

ABŞ prezidenti Co Baydenin vəziyyəti yaxşılaşır.

 

Modern.az Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu prezidentin həkimi deyib.

 

Bildirilir ki, Bayden daha az öskürməyə başlayıb. Məlumata görə, onun boğazında və bədənində ağrılar azalıb.

 

Həkimin sözlərinə görə, Baydenin ağciyərləri təmizdir və o, oksigenə ehtiyac duymur. Prezident daha yoluxucu olan BA5 tipli koronavirusa yoluxub. Buna görə də o, hələ də təcrid olunmuş vəziyyətdə qalacaq.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi