Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda prezident Vladimir Putinin tərəfdarı olan 37 yaşlı Sergey Obraztsov ölkəsinin Ukraynaya təcavüzünü tənqid edən 7 illik həyat yoldaşı, 29 yaşlı Yuliya Boykonu polisə şikayət edib.
Modern.az dünya mətbuatına istinadən xəbər verir ki, Ukrayna əsilli Yuliya Boyko müharibəni tənqid edənləri hədəf alan yeni sərt Rusiya qanunlarına görə təqsirli bilinərsə, həbs olunacaq.
Rusiyalı kişi arvadını azyaşlı oğlu Maksimi vətəni Ukraynaya aparmaq istəməkdə də günahlandırıb. Həyat yoldaşının sosial şəbəkələrdə davamlı olaraq təxribat xarakterli paylaşımlar etdiyini deyən kişi oğlunun oxuduğu məktəbdə Rusiya əleyhinə şüarlar səsləndirdiyini və digər uşaqlarla mübahisə etdiyini söyləyib.
O, əlavə edib ki, Yuliya müharibə əleyhinə ritorikasına görə artıq Rusiya polisi ilə problem yaşayır.