Modern.az

Müsavat qurultayını nə vaxt keçirəcək?- AÇIQLAMA

Müsavat qurultayını nə vaxt keçirəcək?- AÇIQLAMA

Ölkə

16 Mart 2013, 10:20

Prezident seçkisinə artıq yeddi ay vaxt qalır. Hakim Yeni Azərbaycan Partiyası ö qurultayını avqust ayında keçirməyi planlaşdırır. Ancaq 2013-cü il prezident seçkisində əsas rəqib partiya sayılan Müsavat Partiyası öz namizədini elan etsə də, hələlik qurultayın vaxtını dəqiqləşdirməyib.

Bu barədə Modern.az-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti onlara qurultayı keçirmək üçün yer ayırsalar bu baş tutacaq. “Bakı Şəhər İcra Hakimiyyəti bizə münasib yer ayırmayıb. Ona görə də qurultayı keçirməkdə problemlər yaşayırıq. Bu məsələni onlardan soruşmaq lazımdır”.

Müsavat başqanının müavini onlara yer verilməyəcəyi təqdirdə bunu  partiyada müzakirəyə çıxaracaqlarını da deyib. “Bu barədə hələlik bir fikir söyləmək çətindir. Bizə yer verilməzsə, bu məsələ partiyada qaldırılacaq. Bundan sonra hansı tədbir görəcəyimizlə bağlı qərar veriləcək”.

Xatırladaq ki, bir neçə ay öncə Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bununla bağlı təklif olunan yerlər isə yararlı olmayıb. Müsavat partiyasına qurultayı Gürcüstanda keçirmək təklif olunsa da, bundan imtina ediblər.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir