Modern.az

Qazaxdakı su probleminin səbəbi məlum oldu

Qazaxdakı su probleminin səbəbi məlum oldu

25 İyul 2022, 10:30

Son günlər Qazax rayonunda içməli su problemi ilə bağlı bir çox şikayətlər səsləndirilir. Bununla əlaqədar Qazax sakinləri Modern.az-ın redaksiyasına müraciət ediblər.

 

Xüsusilə, şəhərin özündə yaşayan sakinlər son bir neçə gündür içməli su problemi ilə üz-üzə qaldıqlarını, verilən suyun azalması ilə bərabər keyfiyyətində də ciddi problemin olduğunu qeyd ediblər. 

 

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı Modern.az-a açıqlamasında rayonda həqiqətən də içməli su probleminin yaşandığını bildirib.

 

"Qazax şəhərində içməli su təchizatı üçün istifadə edilən nasoslarda problem yarandığından suyun verilməsi ilə bağlı çətinliklər var idi. Lakin qurğulardakı nasazlıq aradan qaldırıldı və artıq problem həllini tapıb. Qazaxa içməli suyun verilməsində hazırda problem yoxdur", - qurum rəsmisi vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI